İnquşetiya parlamenti respublika ərazisində alkoqollu içkilərin pərakəndə satışını qadağan edəcək.
Milli.Az salamnews-a istinadən xəbər verir ki, spirtli tərkibə malik içkilərə qarşı bu qadağa Ramazan bayramı günlərində tətbiq ediləcək. Belə ki, Ramazan ayı boyunca, Fitr bayramı günü, Uşaqların Müdafiəsi Günü, Bilik Günü və Son zəng tarixlərində qadağa qüvvədə olacaq.
Müvafiq qanun layihəsi bu gün İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov tərəfindən Xalq Toplantısına təqdim edilib.
"Araq, şərab, pivə və digər spirtli içkiləri, hətta gündüz saatlarında belə almaq mümkün olmayacaq", - deyə Xalq Toplantısının sədri Zəlimxan Yevloyev məsələ ilə bağlı bildirib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində