Rusiya kəşfiyyatı hərəkətə keşdi: Regionda SAVAŞ HAZIRLIĞI

Rusiya kəşfiyyatı hərəkətə keşdi: Regionda SAVAŞ HAZIRLIĞI
15:33 24 May 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı bölmələri Krımda təlimlərin birinci mərhələsinə başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, xüsusi təyinatlılar “Krım-2” neft-qazma qurğusu və “Fyodor Uryupin” yedək gəmisini tutmuş xarici hərbçilərin zərərsizləşdirilməsi üzrə hərəkətləri yerinə yetirməlidir.

Təlimlərin ssenarisinə əsasən, FTX-nin əməkdaşları həmçinin 150 girovu azad etməlidir. Təlimlərə döyüş üzgüçüləri qrupları, xüsusi desant katerləri və paraşütçülər cəlb edilib.

Mayın 29-da qədər davam edəcək təlimlər Ukrayna sərhədinə yaxınlıqda, Rusiya ərazi sularında keçiriləcək. Təlimlərdə təxminən iki min nəfər iştirak edəcək.

Mart ayında Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, Qara dənizdə olan ABŞ hərbi gəmiləri Rusiya üçün potensial təhdiddir. Qeyd edilib ki, gəmilərdə hansı növ raketlərin olduğu məlum deyil.

“Soyuq müharibə”dən bu yana ilk dəfə Rusiya sərhədinə hərbi texnika və şəxsi heyət cəmləyən ABŞ son olaraq Rumıniyanın Qara dəniz sahilində Köstence limanındakı "Mixail Koqalniceanu" hərbi hava bazasında əsgərlərin sayını artırıb, çoxlu sayda tank göndərib.

ABŞ-a cavab verəcəklərini elan edən Rusiya prezidenti Vladimir Putin isə Rusiya ilə quru sərhədi olmayan və Avropanın mərkəzində yerləşən Kalininqrad vilayətində S-300 zenit-raket sistemləri və “İsgəndər” raketlərini yerləşdirib. Rusiya həmçinin Polşa sərhədində da qoşun yerləşdirib.

Son olaraq mart ayında Qara dənizdə NATO üzvü olan 4 ölkə Ukrayna ilə birgə hərbi təlimlər keçirib.

Fevral ayında isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dənizdə tez-tez NATO-nun raketlərlə silahlanan gəmilərin meydana çıxdığını deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR