Azərbaycan milli komandasının voleybolçusu "Fənərbağça" ilə müqavilə bağlayıb

Azərbaycan milli komandasının voleybolçusu "Fənərbağça" ilə müqavilə bağlayıb
15:42 24 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın millisinin və Yaponiyanın "Toyota" klubunun qadın voleybolçusu Polina Rəhimova karyerasını Türkiyənin "Fənərbağça" komandasında davam etdirəcək. "Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görə, 27 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanılıb.
O, 2017-2018 mövsümündə "sarı-lacivərdlilər"in formasını geyinəcək.
"Fənərbağça" vaxtilə Bakı "Lokomotiv"ində də çıxış etmiş Karli Lloydu da heyətinə qatıb. ABŞ millisinin 28 yaşlı voleybolçu 2 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Polina Rəhimova Özbəkistanın Fərqanə şəhərində dünyaya gəlib. O, Azərbaycanın "Nəqliyyatçı", "Azərreyl" klublarında da çıxış edib və dəfələrlə ən faydalı oyunçu seçilib.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-milli-komandasinin-oyuncusu-fenerbagca-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR