Fransa baş nazirindən ETİRAF: Ölkədə terror təhlükəsi yüksəkdir

Fransa baş nazirindən ETİRAF: Ölkədə terror təhlükəsi yüksəkdir
15:43 24 May 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransada terror aktlarının törədilməsi riski yüksək səviyyədədir. Trend-in məlumatına görə, belə açıqlama ilə Fransanın baş naziri Eduar Filipp çıxış edib.

Baş nazir deyib: "Ölkədə terror hadislərilə bağlı risk hələ də yüksək səviyyədə qalmaqda davam edir".

Mançesterdə baş vermiş terror hadisəsinə həsr olunmuş Fransa Nazirlər Kabinetinin iclasından sonra o qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün sərhəddə nəzarət gücləndirilməlidir.

Daha öncə isə Fransada elan olunmuş fövqəladə vəziyyətin müddətinin noyabrın 1-ə qədər uzadılması barədə fikirlər səsləndirilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2758697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR