Sumqayıtda məktəb meydançalarını dağıdıb bina tikirlər - VİDEO - FOTO

Sumqayıtda məktəb meydançalarını dağıdıb bina tikirlər - VİDEO - FOTO
15:52 24 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

5 və 16 nömrəli məktəblərin idman meydançası tikinti şirkətlərinə satılıb və orada hündürmərtəbəli binalar ucaldılıb.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, hazırda analoji hadisə 21 nömrəli orta məktəbin idman meydançasında yaşanır. Həmin ərazidə yaşayan sakinlər təhsil müəsissəsinin stadionun qəsdən dağıdıldığını və qeyri-qanuni olaraq tikintinin aparıldığını deyirlər. Əlavə etdilər ki, faktla bağlı Təhsil Nazirliyinə müraciət edilib və qurumdan bildirilib ki, burada heç bir tikinti aparılmayacaq.

Xanımbacı Məlikova (sakin): "Burda gəlib qazıntı işləri aparırlar. Stadionu zəbt ediblər".

Məhəmməd Əliyarov (sakin): "Bu cür stadionu dağıdıb, bu hala salıblar. Uşaqların məktəbə getdiyi yola daş töküblər".

Aqil İbrahimov (sakin): "Dəfələrlə demişik. Deyirlər ki, kimə şikayət edirsiniz edin, bizim arxamız güclüdür. Heç kim bizə bata bilməz".

Bundan başqa, məktəbin yolu da dağılaraq bərbad vəziyyətə salınıb. Sakinlər deyirlər ki, əvvəllər burada asfalt örtüyü olub və yolu bu hala ağırtonnajlı maşınlar gətirib çıxarıb. 

Məsələ ilə bağlı üz tutduq 21 nömrəli məktəbə. Tədris ocağının direktoru müxtəlif bəhanələrlə suallarımıza cavab verməkdən imtina etdi. Yalnız bildirdi ki, stdionda heç bir tikinti işləri aparılmayacaq. Yaxınlıqda hündürmərtbəli binalar inşa edən şirkətdən isə bizə cavab verən olmadı. Əksinə çəkilişə mane olmağa çalışdılar.

Mühafizə xidməti : "Nəyə çəkirsən ala?! İcazə yoxdur. Get o tərəfi çək də, qaqaş. Mənə deyiblər ki, olmaz. Maaşa işləyən adamam".

Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən bildirdilər ki, mövcud vəziyyətdən xəbərləri var. Qapalı mini futbol meydançası yaradılıb, həmin ərazidə tikinti işlərinin qanuni şəkildə həyata keçirilməsi üçün sənədləşmə işlərinə başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR