Azərbaycan millisinin futbolçusunun “Boavişta” klubundakı taleyinə aydınlıq gəlib

Azərbaycan millisinin futbolçusunun “Boavişta” klubundakı taleyinə aydınlıq gəlib
16:02 24 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun formasını geyindiyi Portuqaliyanın “Boavişta” klubunun 2017/2018 mövsümü üçün hazırlıq planı açıqlanıb. “Report”un Portu təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda iyunun 29-da bir araya gələcək.
Baş məşqçi Migel Leal hazırlıq prosesinin ilkin mərhələsinə 15 futbolçu cəlb edib ki, onların arasında Emin Mahmudov da var. Bu isə o deməkdir ki, 25 yaşlı yarımmüdafiəçi daha bir mövsüm “Boavişta”da çıxış edəcək. İyulun 2-dək tibbi baxışdan keçəcək futbolçular ertəsi məşqlərə başlayacaqlar.
Qeyd edək ki, Emin Mahmudov ötən ilin iyunundan Rusiyanın “Mordoviya” klubundan “Boavişta”ya keçib və 2 illik müqaviləyə imza atıb. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev də Portu təmsilçisi ilə bir illik müqavilə bağlasa da, bir müddət əvvəl onunla iş birliyinə xitam verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbolcu-emin-mahmudovun-boavista-klubundaki-taleyine-aydinliq-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR