Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək
16:02 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbul mayın 30-da saat 11ºº-da Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində (Heydər Əliyev prospekti, 1) başlayacaq. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla, rayon mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-xacmazda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR