Tramp Vatikanda səfərdədir

ABŞ prezidenti Donald Tramp Vatikanda səfərdədir.

Metbuat.az xəbər verir ki, Trampla Roma Papası Fransisk görüş əsnasında beynəlxalq münasibətlər və dünyada sülhün qorunması məsələləri üzrə fikir mübadiləsi aparıb.

30 dəqiqəlik görüş zamanı ABŞ-a miqrasiya edənlərə sağlamlıq, təhsil və yardım sahəsində ABŞ-la kilsə əməkdaşlığının vacibliyindən də danışılıb.

Hər iki tərəf münaqişələrin dinc yolla həllini dəstəklədiyini bildirib. Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR