Piyada keçidi yaxın günlərdə istifadəyə veriləcək

Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində tikintisi bir müddətdir davam etdirilən yeraltı piyada keçid yaxın günlərdə istifadəyə veriləcək.

Bu barədə Metbuat.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Bildirilib ki, Hüseyn Cavid parkı ilə Akademiya bağı arasındakı yolu birləşdirən yeraltı piyada keçiddə artıq son tamamlanma işləri görülür. Yaxın günlər işlər tam olaraq yekunlaşdıqdan sonra yeraltı keçid istifadəyə veriləcək.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR