ADIF: "Bank Standard"ın satılacaq bütün əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək

ADIF: "Bank Standard"ın satılacaq bütün əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək
16:37 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin satışa çıxarılacaq bütün əmlakları barədə məlumatlar Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) internet səhifəsində yerləşdiriləcək.
“Report” xəbər verir ki, bu açıqlama ilə Fondun icraçı direktoru Azad Cavadov “Bank Standard”ın Kreditorlar Komitəsinin bugünkü iclasında çıxış edib.
O, bu barədə Bankın əmlakı barədə məlumatların ətraflı təqdim edilməməsi barədə ittihamlara cavab verərkən danışıb və əmlakların satışının şəffaf şəkildə həyata keçiriləcəyini deyib.
A.Cavadov onu da qeyd edib ki, bu gün pulunu gözləyən kreditorlar vaxtilə vəsaitlərini "Bank Standard"da sığortasız, yüksək faizlə yerləşdiriblər: "Həmin vəsaitlər isə əksər hallarda təminatsız müxtəlif fiziki və hüquqi şəxslərə verilib. İndi həm də bu işlərə rəhbərlik edən şəxslərin məsuliyyətə cəlb edilməsinə çalışırıq və gec-tez bu, olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adif-bank-standard-in-satilacaq-butun-emlaki-barede-melumatlar-internetde-yerlesdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR