Mançesterdə terror hücumu törədən şəxsin fotosu yayılıb

Mançesterdə terror hücumu törədən şəxsin fotosu yayılıb
16:37 24 May 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Böyük Britaniyada polis Mançesterdə konsertdə terror aktı törətməkdə şübhəli bilinən Salman Abedinin fotosunu dərc edib.
Bu barədə "Report" "The Telegraph" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, konsertdə partlayış üzrə istintaq çərçivəsində dörd nəfər həbs edilib. Həbs olunanlardan biri terrorçu-kamikadze olduğu iddia edilən Salman Abedinin qardaşıdır.
Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mancesterde-terror-hucumu-toreden-sexsin-fotosu-yayilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR