Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
08:11 8 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 03:00-da Naxçıvanın Ordubad rayonu ərazisində qeydə alınıb. Təkanlar yerin 5 km dərinliyində, 4,5 bal gücündə olub.

Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, Azərbaycanda son bir neçə gündə ardıcıl olaraq yeraltı təkanlar baş verir. Dünən yerli vaxtla saat 10:44-də Gəncədən 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ qeydə alınıb.

Bundan bir gün əvvəl isə saat 19:30-da mərkəzi Xəzərdə zəlzələ qeydə alınıb. Dənizdə 50 km dərinlikdə baş verən təkanın maqnitudası 3,5 bal gücündə olub. 2015-ci ilin ilk günündə də ardıcıl olaraq iki zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən verdiyi məlumata görə, birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.

İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə - Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR