Cocuq Mərcanlı stasionar telefon şəbəkəsinə qoşulur

Cocuq Mərcanlı stasionar telefon şəbəkəsinə qoşulur
16:52 24 May 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Məlumata görə, telekommunikasiya şəbəkəsinin 28 May Respublika günündə istifadəyə verilməsi planlaşdırılır.

Cocuq Mərcanlı kəndində telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tapşırığı əsasında həyata keçirilirdi.

Bu işlər çərçivəsində kənddə 64 nömrə tutumlu telefon stansiyası tikilib və Füzuli rayonundan 10 kilometr uzunluğunda optik xətt çəkilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR