İncəsənət xadimlərinə 776 min manat verilib

İncəsənət xadimlərinə 776 min manat verilib
17:12 24 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi üzrə 2016-cı ildə nəzərdə tutulmuş vəsaitin icrası 780 min manat təyinata qarşı icra 776 min manat və ya 99,5% olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının " 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatda yer alıb. 

Qeyd edilib ki, ölkə başçısının "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" sərəncamına əsasən, 2013-cü ilin mayından səhnə fəaliyyətinə görə aparıcı incəsənət xadimləri olan 130 nəfərə ayda 500 manat mükafat verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR