Dahi bəstəkarların heyrətamiz həyat hekayələri – FOTOLAR

Dahi bəstəkarların heyrətamiz həyat hekayələri – FOTOLAR
17:18 24 May 2017
105 Şou
Ölkə mətbuatı
A- A+

Bəstələri ilə dünyaya zəngin musiqi isi qoyub gedən qərb bəstəkarlarının həyat hekayələri hər zaman maraq doğurub. Motsart, Şopen kimi maestrolar fitri-istedad və qabiliyyətlərə malik olsalar da, çətin həyat yolu keçiblər.

Publika.az oxucular bəstəkarların həyatları haqqında maraqlı faktlarla tanış edib.

Motsart

Müzik dehalarının şaşırtıcı hayat hikayeleri

Motsart ömrünü səfalət içində keçirib. Lakin onun haqqında 2 məqam xususilə təsirlidir. Bunlardan biri 6 yaşında musiqi bəstələməyə başlaması və 35 yaşında öləndə kimsəsizlər qəbiristanlığında basdırılmasıdır. Bəşəriyyət tarixinin bəlkə də ən istedadlı bəstəkarı olan musiqiçinin ölümü hələ də müəmmalı olaraq qalır. Bəstəkar 35 illik həyatı boyu 600-da dan çox əsər ilə ölümsüz olmağı bacarıb.

Bethoven

Müzik dehalarının şaşırtıcı hayat hikayeleri

Bethoven Motsartın əksinə, bütün həyatı boyu hörmət-izzətlə qarşılanıb, cənazə mərasimində isə bütün xalq iştirak edib. Hər kəslə aqressiv rəftar edən əsəbi musiqiçi 30 yaşına yaxın eşitmə problemləri yaşayıb və ömrünün son 10 ilini kar olaraq keçirib. Amma karlıq dahinin yazıb-yaratmaq eşqini dayandırmayıb. Avropa Birliyinin himni və 9-ci Simfoniyasını bu dönəmdə bəstələyib. Onun əsərləri indiyədək dünya musiqi fondunun ən zəngin xəzinəsi sayılır.

Şopen

Müzik dehalarının şaşırtıcı hayat hikayeleri

Motsart kimi 6 yaşında pianino təhsilinə başlayan fitri-istedad sahibi - Şopen Polşanın kiçik bir kəndində anadan olub. Nadir qabiliyyəti ortaya çıxıb şöhrət qazandıqdan sonra Şopen Fransaya yerləşib və maddi baxımdan heç vaxt korluq çəkməyib. Musiqiçi yuxarıda adlarını çəkdiyimiz bəstəkarlar kimi gənc yaşda dünyadan köçüb. 39 yaşında vərəmdən ölən bəstəkar bəstələdiyi dəfn marşının öz dəfnində çalınmamasını vəsiyyət edib.

Çaykoviskiy

Müzik dehalarının şaşırtıcı hayat hikayeleri

“Qu Gölü”, “Yatmış Gözəl” və “Fındıqqıran” kimi balet musiqilərinin bəstəkarı kimi məşhurlaşan Çaykoviskiynin də həyatı digərləri kimi çox kəşməkəşli olub. Həyatı sirlərlə dolu olan romantik bəstəkar karyerasında böyük nailiyyətlər əldə etsə də, şəxsi həyatda öz xoşbəxtliyini tapa bilməyib. Bu da bəstəkarın naməlum ölümü ilə sona çatıb. Bəziləri vəba virusuna yoxulxduğunu və bu dəhşətli xəstəlikdən öldüyü iddia edir. Başqa bir musiqi tarixçiləri isə bu sadəlövh insanın intihar edərək həyatına son verdiyini irəli sürür.

Paqanini

Müzik dehalarının şaşırtıcı hayat hikayeleri

Skripka virtuozu Paqanini haqqında ən təsiredici məqam səhnədə çoxlu sayda skripka sındırmasıdır. Musiqi alətinin yalnız bir simi qalmasına baxmayaraq konserti sona qədər tamamlayıb. Qumara olan qarşısıalınmaz həvəsi ona özü üçün qumarxana açmağa məcbur edib. Lakin pis vərdişi ona baha başa gəlir və həbs olunur. Bundan başqa, yüksək qabiliyyətinə malik olduğu üçün onun haqqında ruhunu şeytana satması ilə bağlı fikirlər də irəli sürülüb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR