Müharibələrin 10 ən qorxunc tablosu - FOTOLAR

Müharibələrin 10 ən qorxunc tablosu - FOTOLAR
17:23 24 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiyalı rəssam Vasilii Vereşaqin müharibələri o qədər dərin öyrənirdi ki, müharibə mövzusunda geniş ensiklopediyalar belə yaza bilərdi. O bunu etdi. Lakin ədəbiyyatla deyil, incəsənətlə. Rəssam müharibənin acımasız təsvirini yarada bilib. Onun şəkillərində tarixin söz ilə ifadə edilməsi mümkün olmayan müharibələri əks olunub.

Rəssam əsərləri haqqında deyirdi: "Mən müxtəlif müharibələri müşahidə etmişəm. Həmin müharibələri rəngli boyalarla kətan parçalar üzərinə köçürmək olduqca çətin idi. Bacardığım qədər hadisələri olduğu kimi təsvir etməyə çalışmışam".

Publika.az sizə rəssamın müharibələrin təsvir olunduğu ən qorxunc 10 əsərini təqdim edir:

1. "Qənimətlər". 1872-ci il.

Həyətə tökülmüş zərif şərq sütunlarının arasında gördüyünüz insan sümükləri məhz bəhs edilən "qənimətlərdir". Cəsədlər Manqıt xanədanına aid Buxara əmirinin ordusu ilə ruslar arasında gedən müharibədən əldə edilən "xəzinədir". Əsərdə Vereşaqin müqəddəs müharibəni təsvir edir. Rus əsgərlərinin kəsilmiş başlarını qənimət olaraq alan əmirin ordusu bu qələbəni belə adlandırıb. Verşaqin bu əsəri Türkistandan qayıtdıqdan sonra çəkib.

2. "Qələbə şənliyi". 1872-ci il.

Səmərqənddə böyük Şer-Dor mədrəsəsinin önündə əhali şənlik edir. Mərkəzdə ağ geyinmiş molla xütbə oxuyur. Rəsmə ilk dəfə baxanda əhalinin nəyi qeyd etdiyini anlamaq olmur. Lakin ümumi icmalda müxtəlif rəngli ornamentlərlə işlənmiş əsərə diqqətlə baxanda arxa fonda dirəklərə keçirilmiş əsgər başlarını görmək olar. Çərçivədə isə "Allah belə əmr edib. Allahdan başqa Allah yoxdur" ifadəsi yazılıb.

3. "İngilislər hindlilərin üsyanını yatırır." 1884-cü il

Bu əsərin tarixi izahı var. Əsərdə britaniyalı əsgərlərin Hindistanın müstəqilliyi uğrunda vuruşan hindiləri edam etməsi təsvir olunub. Topların ağzına hind qiyamçıları bağlayan ingilis əsgərləri onları dəhşətli ölümlərə məhkum edirdi. Bu amansız edam "şeytan küləyi" adlanırdı. Vereşaqinin bu əsərindən sonra britaniyalılar onu casusluqda ittiham etdilər.

4. "Şipkada sakitçilik". 1878-1879-cu illər.

Bu süjetdə təsvir edilən üç şəkil Rus-Türk müharibəsi (1877-1878) dövründə adi əsgərin həyatından danışır. Qar tufanına və amansız soyuğa baxmayaraq, əsgər Şipka aşırımında dayanır. Aşırımı qoruyan rus əsgərləri sadəcə türklərin atəşlərinə məruz qalmır, bəzən də soyuqda donub ölürdülər.

5. Şipka aşırımı (keçidi)". 1878-1879-cu illər.

9 yanvar 1878-ci ildə rus ordusu çoxdan gözlədiyi qələbəni qazandı. Şipka aşırımı ələ keçirildi. Vereşaqinin rus və türk əsgərlərin cəsədlərini təsvir etdiyi bu əsər Rus-Türk müharibələrinə həsr edilmiş Balkan seriyasına daxil edilib

6. "Hücumdan əvvəl Plevna". 1881-ci il.

Əsərdə rus komandirin Plevnaya hücum əmri verməsi təsvir edilib. İkinci Aleksandr kənarda dayanaraq binoklla uzaqlara baxır. Paradoksal əsərdir. Əslində komandirlər müharibə əmri verir, müharibədə iştirak etmir. Müəllif əsər haqqında yazır: "Döyüşdən sonra hər yerdə qəlpələr, bombalar, insan sümükləri var idi. Tək bir yerdən başqa. O da müharibənin getdiyi zaman komandirin əsgərlərin şərəfinə badə qaldırdığı dağın ətəyi. Orada sadəcə boş şərab şüşələri var idi".

7. "Hücumdan sonra Plevna". 1878-1881-ci illər.

Rusların Bolqarıstana, Plevnaya üçüncü hücumu da uğursuzluqla nəticələndi. Təxminən 13 mindən çox hərbiçisini itirən ruslar geri dönməyə məcbur oldular. Müəllif bu əsəri dərin hüzn və kədər içərisində çəkib. Vereşaqinin doğma qardaşı Serqey Vereşaqin məhz bu döyüşdə həlak olub. Yaralıların içərisində qardaşını təsvir etməyə çalışam rəssam hadisənin necə baş verdiyini öyrənə bilmədiyi üçün buna nail olmayıb. Bu əsəri yaratmaq üçün Vereşaqin uzun müddət ölmüş və çürüyən cəsədlərin içərisində gəzməli olmuşdu.

8. "Qaliblər". 1878-1879-cu illər.

Əsərdə Rus-Türk müharibəsinin finalı təsvir edilib. Müəlif burada qalib türk ordusunu təsvir etməyə çalışıb.

9. "Qaliblər və cənazə duası". 1879-cu il.

Əsərdə Bolqarıstanda gedən müharibənin acınacaqlı sonu təsvir edilib. Hər yerdə insan cəsədləri, xaçlar təsvir edilir. Xüsusən Plevna şəhərinin cəsədlərlə dolu olduğu təsvir olunub. Şəhərdə tək canlıların komandir və cənazə duası edən keşiş olduğu görülür.

10."Müharibənin apofeozu". 1871-ci il.

Çox güman ki, bu rəssamın ən məşhur əsəri eləcə də yaradıcılığının zirvəsidir. Şəkildə səhra, vaxtıilə çiçəklənən meyvə bağlarının yeində qalmış xarabalıqlar təsvir edilib.

İnsan anatomiyasını mükəmməl bilən rəssam böyük insanların qalıqlarını çox incəliklə işləyib. Müharibədən sonrakı insan qalıqları onu deməyə əsas verir ki, müharibələrdə ölənlər təkcə əsgərlər yox, uşaqlar, qocalar, gənclər olur. Rəssam ölümündən əvvəl "Çox başqa mövzularda əsərlər yaratmaq istərdim. Müharibələr imkan vermədi. Bütün həyatm boyu qızmar günəşi sevmişəm. Günəşi təsvir etmək nəsib olmayıb".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/200016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR