Milçəkləri evdən uzaqlaşdırmağın yolu

Milçəklər həm görünüşünə, həm də insana verdiyi narahatçılığa görə sinir pozucu heyvanlar hesab edilir.

Metbuat.az xəbər verir ki, milçəkləri evdən uzaqlaşdırmaq üçün spirtli su köməyinizə çata bilər.

Spirtin kəskin iyi böcəklərə və milçəklərə qarşı olduqca təsirlidir. Xüsusilə, spirti şəffaf torbaların içərisinə əlavə edib işıq gələn qapı önünə və ya pəncərə kənarına asa bilərsiniz. Ağ torbalar günəş işığının qırılmasına səbəb olur. Bu optik təsir nəticəsində milçəklər həm qoxudan, həm də işığın təsirindən yaxınlaşmayacaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR