Əsədin qırıcıları ABŞ-ın bombaladığı hərbi bazaya döndü - FOTOLAR

Əsədin qırıcıları ABŞ-ın bombaladığı hərbi bazaya döndü - FOTOLAR
17:33 24 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusuna məxsus döyüş təyyarələri və hərbiçilər ABŞ-ın bombardman etdiyi El Şayrat hərbi bazasına geri dönüb.

Publika.az xəbər verir ki, bu barədə “NBC” televiziyası məlumat yayıb.

Məlumata görə, aprel ayında ABŞ-ın həyata keçirdiyi hərbi raket zərbələri zamanı El Şayrat bazası terrorçulardan təmizlənsə də, ancaq Bəşər Əsəd ordusuna məxsus “Su-22” və “MiQ-23” döyüş təyyarələri yenidən bu bazaya yerləşməyə başlayıb.

ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına görə, yaxın vaxtlarda Suriya döyüş təyyarələri yenidən El Şayrat hərbi bazasından uçuşlar həyata keçirəcək.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR