Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer edildi

Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer edildi
17:37 24 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin və Yaponiyanın "Toyota" klubunun qadın voleybolçusu Polina Rəhimova karyerasını Türkiyənin "Fənərbağça" komandasında davam etdirəcək. 

Milli.Az report-a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanılıb.
O, 2017-2018 mövsümündə "sarı-lacivərdlilər"in formasını geyinəcək.

"Fənərbağça" vaxtilə Bakı "Lokomotiv"ində də çıxış etmiş Karli Lloydu da heyətinə qatıb. ABŞ millisinin 28 yaşlı voleybolçu 2 illik anlaşmaya imza atıb.

Qeyd edək ki, Polina Rəhimova Özbəkistanın Fərqanə şəhərində dünyaya gəlib. O, Azərbaycanın "Nəqliyyatçı", "Azərreyl" klublarında da çıxış edib və dəfələrlə ən faydalı oyunçu seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR