Monteneqro bu tarixdə NATO-nun rəsmi üzvü olacaq - Kremlə ŞOK XƏBƏR

Monteneqro bu tarixdə NATO-nun rəsmi üzvü olacaq - Kremlə ŞOK XƏBƏR
17:38 24 May 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Monteneqro 2017-ci il iyunun əvvəlində NATO-nun 29-cu üzvü olacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Monteneqronun baş naziri sabah bizə qoşulacaq (NATO sammiti –red.). İttifaqın 28 ölkəsinin parlamentləri artıq Monteneqronun NATO-ya girişini təsdiqləyib. Biz gözləyirik ki, ölkə iyunun başlanğıcında 29-cu müttəfiq olacaq”, - Stoltenberq deyib.

O vurğulayıb ki, bu, Monteneqro, həmçinin Qərbi Balkanın sabitliyi və təhlükəsizliyi üçün müsbət addım olacaq.

Xatırladaq ki, Monteneqro parlamenti aprel ayında ölkənin NATO-ya girişinə səs verib.

Moskva Monteneqronun NATO-ya üzvlüyünə sərt şəkildə qarşı çıxıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR