Yarasalarla bağlı heyrətə düşəcəyiniz MƏLUMAT: insan kimi... - FOTO

Yarasalarla bağlı heyrətə düşəcəyiniz MƏLUMAT: insan kimi... - FOTO
17:48 24 May 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Dişi yarasalar “ailə üzvləri”nin ölümünə sarsılarkən bir-birinə yardım edirlər.

Publika.az xəbər verir ki, Panama, ABŞ və Almaniya bioloqları uzun araşdırmalardan sonra bu qərara gəliblər. Ümumiyyətlə, yarasalarda ailə telləri çox möhkəmdir. Xüsusən də dişiləri öz yaxınlarına insan kimi can yandırırlar.

Məsələn, onlar tapdıqları bütün qidaları yaşlı anaları, təzə balalamış bacıları və ya digər ailə üzvləri ilə bölüşürlər. Bir-birinə qayğı göstərirlər. Yad olan quşlarla isə münasibət qurmaqdan imtina edirlər.

Vampir quşlar adlandırılan yarasalar qida tapmaqda bir-birinə köməklik də göstərirlər. Əgər digər ailə başçısı daha az ov edibsə, o zaman qohumluq və qonşuluq əlaqəsi olanlar yığışıb ona kömək olacaqlar.

Qeyd edək ki, alimlər bütün bunları öyrənmək üçün 4 il yarasaları müşahidə ediblər. Hətta yarasaların yeməklərini oğurlayıblar ki, onların reaksiyasını öyrənsinlər. Bir-birinə sıx bağlı olan dişilər dərhal qida azlığının fərqində olub və ana yarasa gələnə qədər onun balalarını yemləyiblər.

“Yaxşı qonşu uzaq qohumdan yaxşıdır” prinsipi deyəsən yarasalar üçün də keçərlidir. Dişi yarasalar bir ərazidə yaşadıqları qonşuları ilə daha isti münasibətdə olur, bir-birlərinə yardım edirlər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR