Pakistan və Qazaxıstan dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər

Pakistan və Qazaxıstan dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər
17:57 24 May 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 
"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm.
Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir.
Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Eyni zamanda, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: 
"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ümumi mədəniyyət və ənənələrə malik olan Qazaxıstan ilə Azərbaycan ölkələrimizin qardaş xalqlarının maraqlarına uyğun qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməklə dostluq və mehriban qonşuluq əlaqələrinə həmişə sadiq qalacaqlar.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/pakistan-ve-qazaxistan-dovlet-bascilari-prezident-i-lham-eliyevi-tebrik-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR