Dünya liderləri Prezident İlham Əliyevi təbrik ediblər

Dünya liderləri Prezident İlham Əliyevi təbrik ediblər
18:12 24 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

XXX

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikasının və onun xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın və tərəfdaşlığın inkişafının davam etdirilməsi işinə Bolqarıstan Respublikasının sadiq olduğunu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

XXX

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ümumi mədəniyyət və ənənələrə malik olan Qazaxıstan ilə Azərbaycan ölkələrimizin qardaş xalqlarının maraqlarına uyğun qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməklə dostluq və mehriban qonşuluq əlaqələrinə həmişə sadiq qalacaqlar.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

XXX

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına ən səmimi təbriklərimi bildirməkdən çox məmnunam.

Əminəm ki, ölkələrimiz arasında bərqərar olmuş əməkdaşlıq və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə dövlətlərimiz arasında qarşılıqlı faydalı münasibətlərin bundan sonra da daim inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı zəmin olacaq.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi səadət və rifah, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

XXX

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edib ümidvar olduğumu bildirirəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq və dəstək prinsiplərinə əsaslanaraq möhkəmlənəcək və dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının qardaş xalqına sülh və firavanlıq diləyirəm.

XXX

Hindistan Respublikasının Prezidenti Pranab Mukherci Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından təbrik edirəm.

Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir. Əminəm ki, ikitərəfli əlaqələrimizi daha da genişləndirməyə yönəlmiş birgə səylərimiz ümumi maraq doğuran yeni sahələrdə daha yaxından əməkdaşlıq etməyimizə zəmin yaradacaq.

Zati-ailələri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

XXX

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Belarus Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin ölkənizin müxtəlif sahələrdə qazandığı yüksək nailiyyətlər dünya birliyi tərəfindən etiraf edilib və bir çox dövlətlər üçün örnəkdir. Əminəm ki, ikitərəfli fəal dialoqun inkişaf etdirilməsi üçün bizim birgə səylərimiz bundan sonra da qarşılıqlı faydalı Belarus-Azərbaycan əməkdaşlığının dərinləşməsinə və genişlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/547982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR