"28 May Respublika günü"nə həsr olunmuş konsert - FOTO

"28 May Respublika  günü"nə həsr olunmuş konsert - FOTO
18:42 24 May 2017
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət məktəbi   R.Behbudov adına Mahnı Teatrında "28 May -Respublika  günü"nə həsr olunmuş hesabat konserti keçirib.

Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin  rəisi V.Zeynalov və İdarənin bir sıra əməkdaşı iştirak edib. Konsertin aparıcısı T.Salamova qonaqları salamladıqdan sonra  28 May Respublika  günü  haqqında  ətraflı məlumat verib, bu gunun tarixi əhəmiyyətindən danışıb.
Sonra 3 nömrəli Uşaq incəsənət məktəbinin bütün şöbələrinin istedadlı şagirdləri şərq və qərb musiqisinin fəzadını əks etdirən musiqi nömrələri ilə çıxış ediblər.  Gənc musiqiçilər Nəfəsli alətlər orkestri, İnstrumental ansambl, Skripkaçılar ansamblı, "Şənlik" rəqs ansamblı,  solo ifalarda isə Beynəlxalq və Respublika müsabiqələri laureatları fortepiano, skripka, vokal, xanəndə, valtorna və tarda müxtəlif nömrələr təqdim ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/547974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR