Prezident İlham Əliyev İordaniya Kralını təbrik etdi

Prezident İlham Əliyev İordaniya Kralını təbrik etdi
18:57 24 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/547990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR