Prezident İlham Əliyev İordaniya kralını təbrik edib

Prezident İlham Əliyev İordaniya kralını təbrik edib
19:12 24 May 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb. 
"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 
"Əlahəzrət,
Əziz Qardaşım,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-i-ordaniya-kralini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR