Bakıda bir bina bir nəfərin güdazına getdi: məsələ polisə çatdı - FOTO

Bakıda bir bina bir nəfərin güdazına getdi: məsələ polisə çatdı - FOTO
08:17 8 Yanvar 2015
259 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda bir binanın sakinləri bir şəxsin borcuna görə işıqsız qaldıblar
Milli.Az xəbər verir ki, Bakının Qaradağ rayon Sahil qəsəbəsindən saytımıza edilən müraciətdə deyilir ki, 70 ailə qaranlıqda yaşamağa məhkum edilib. Binanın işığının kəsildiyini bildirən sakin yaşadığı yerin şəkillərini çəkib göndərib.

Şikayətçi iddia edir ki, binanın işığı haqsız yerə kəsilib. Məsələyə aydınlıq gətirmək üçün Qaradağ rayon İşıq İdarəsi ilə əlaqə saxladıq. Səlahiyyətli şəxs Canəhməd Əhmədov Milli.Az-a deyilənlərin böhtan olduğunu vurğuladı.

"Ümumiyyətlə, əgər hansısa bir ailənin borca görə işığı kəsilirsə, onun ətrafdakı qonşulara heç bir aidiyyətı yoxdu. Çünki artıq uzun zamandır hər bir ünvana ayrıca olaraq işıq xətti çəkilir.

Ancaq sizə yazan şəxsi mən özüm tanıyıram və bilirəm nəyə görə o, bu cür hərəkət edir. Həmin şəxsin adı Rəsulov İsmayıldı, onun işığa görə 400 manata yaxın borcu var.

Bir vaxtlar həmin borc qat-qat aşağı idi, ancaq Rəsul bəyin işığı söndürüldükdən sonra o, ümumi xətdən öz evinə qeyri-qanuni şəkildə işıq çəkdi. Bu işinə görə, o cərimələndi və hazırda Rəsulun bizə olan borcu 400 manatdan çoxdu.

Biz artıq məsələ ilə bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət etmişik və həmin sakinə qarşı iş açılıb".

Sonda Canəhməd Əhmədov qeyd etdi ki, Rəsul İsmayılov öz evinə işıq çəkən vaxt ümumi xətti zədələmişdi. Zədəni bərpa etmək üçün bina bir neçə saatlıq işıqsız qalıb. Rəsul isə həmin fürsətdən istifadə edib işıq olmayan vaxt fotoları çəkib.

Ceyhun Ələkbərov
Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR