Ərdoğan almanlara “Yaxşı yol!” dedi

Ərdoğan almanlara “Yaxşı yol!” dedi
20:18 24 May 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İncirlik təyyarə bazasından Almaniya Hərbi Hava Qüvvələrinin çıxması Ankara üçün problem yaratmır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan NATO-nun Brüssel sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Biz Almaniya hərbiçilərinin İncirlik bazasınndan İordaniyaya getməyə hazırlaşdığı barədə Berlindən heç bir xəbərdarlıq almadıq. Almaniya tərəfinin bəyanatına görə, onların gündəliyində belə bir məsələ yoxdur. Amma bunu edərlərsə, bizim üçün heç bir problem yaratmayacaq. Əgər gedəcəklərsə, biz onlara “yaxşı yol” deyəcəyik”, - Ərdoğan bildirib.

Bundan başqa, Ərdoğan Berlini terrorçulara sığınacaq verməkdə ittiham edib. Onun sözlərinə görə, ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişiə cəhddə iştirakda ittiham olunanlar Almaniyaya sığınıblar.

“Sığınacağın verilməsi Almaniyanın problemidir. Almaniya terrorçuları qəbul etməyə öyrəşib”, - Ərdoğan vurğulayıb.

Türkiyə Yaxın Şərqdə NATO-nun əsas üzv ölkəsidir. İncirlik təyyarə bazası isə regionda ABŞ və NATO-nun əsas bazalarından biridir. Açıq mənbələrdə olan məlumata görə, bazada nüvə silahı saxlanılır. İncirlikdə İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın ölkələrinin təyyarələri yerləşir.

Alman hərbi mütəxəssisləri isə NATO-nun AWACS radiolokasiya kəşfiyyat təyyarələrinin ekipajlarının formalaşmasına cəlb edilib. Berlin həmçinin 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi ilə dəstək göstərir. “Tornado”ların Suriyanın hava məkanında kəşfiyyat missiyaları demək olar ki, gündəlikdir.

Almaniyanın Fəthullahçı Terror Təşkilatının (FETÖ) Avropada əsas sığınacağına çevrilməsi, xüsusilə NATO-da türk hərbçilərinin (Bu hərbçilər 2016-cı il 15 iyul çevriliş cəhdində iştirakda şübhəli bilinir - red.) sığınacaq üçün bu ölkəyə üz tutması və Ankaranın terror təşkilatı hesab etdiyi PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) hərbi yardım göstərməsi iki ölkənin münasibətlərində gərginlik yaradıb.

Ankara isə alman millət vəkillərini Türkiyə İncirlik bazasına buraxmayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR