Timsahı əvvəl gəzdirdi, sonra kabab etdi

Timsahı əvvəl gəzdirdi, sonra kabab etdi
20:27 24 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Çində bir kişi ən yaxın dostu adlandırdığı timsahı kəsərək ondan kabab çəkib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, hadisə Şenyan şəhərində baş verib. Adı açıqlanmayan kişi öncə yüzlərlə insanın olduğu küçədə heyvanı gəzdirib. Sonra isə ondan kabab çəkib. 

Gəzinti zamanı onun insanlara hər hansı zərər vura biləcəyini nəzərə alan sahibi vəhşi heyvanın ağzını bağlayıb. Heyvan sakit şəkildə sahibinin arxasınca gəzib. Şəhərin mərkəzindəki qeyri-adi görüntü bütün diqqətin onların üzərinə toplanmasına səbəb olub.

Bir müddət gəzdikdən sonra sahibi 1, 5 metrə çatan timsahı kəsib və ətini bişirməyə başlayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR