Azərbaycanın peyki Gürcüstan, Qırğızıstan və Moldovaya xidmət göstərəcək

Azərbaycanın peyki Gürcüstan, Qırğızıstan və Moldovaya xidmət göstərəcək
20:27 24 May 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanın "Azərkosmos" ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ""Azersky" İstifadəçilər qrupu" layihəsini işə salıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. "Azərkosmos" seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/548005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR