Türkiyədə quran oxumaq yarışı keçiriləcək

Türkiyədə quran oxumaq yarışı keçiriləcək
20:44 24 May 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin ictimai televiziyası TRT-də Ramazan ayı boyunca quran oxumaq müsabiqəsi yayımlanacaq. 

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, TRT Ramazan ərzində "Quranı gözəl oxuma” yarışması təşkil edəcək.

 

Format olaraq Acun İlicalının TV8 kanalında yayımlanan “O Ses Türkiye” proqramına oxşayan müsabiqədə hər gün 5 iştirakçı quran oxuyaraq gün birinciliyi üçün yarışacaq.

 

Studiyadakı tamaşaçıların və münsif üzvlərinin səsləri ilə müəyyən edilən gün birinciləri isə həftə finalında quran oxuyaraq ayın qalibi seçilmək uğrunda yarışacaqlar. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR