Azərbaycanda daha bir biznes-forum keçiriləcək

Azərbaycanda daha bir biznes-forum keçiriləcək
20:47 24 May 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan və İordaniya iqtisadi və ticarət əlaqələrini daha da möhkəmləndirməyi planlaşdırır.

Milli.Az bildirir ki, bunu Trend-ə İordaniyanın Bakıdakı səfiri Nassar İbrahim Məhəmməd əl-Həbaşne deyib.

Onun sözlərinə görə, Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası çərçivəsində hər iki ölkədən olan sahibkar və investorların iştirakı ilə biznes-forumun keçirilməsi nəzərdə tutulub.

Səfir qeyd edib ki, iclas zamanı tərəflər birgə müəssisələrin yaradılması imkanlarını, eləcə də dövlət müəssisələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/548007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR