Milli komandamızın üzvü Emin Mahmudovun şərəfini qoruduğu "Boavista"nın 2017/2018 mövsümü üçün hazırlıq planı açıqlanıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda iyunun 29-da bir araya gələcək. Baş məşqçi Migel Leal toplanışa ilkin olaraq 15 futbolçu dəvət edib. Emin Mahmudovun da adı siyahıda var. Bu isə o deəmkidi ki, Mahmudov Porto təmsilçisinin növbəti mövsüm üçün heyətində düşünülür.
"Boavista"nın futbolçuları iyulun 2-də tibbi müayinədən keçdikdən sonra təlim-məşq toplanışına start veriləcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində