Xalq artisti sirləri açdı: "Mənə imkan verməyiblər, gileyliyəm..." - FOTO

Xalq artisti sirləri açdı: "Mənə imkan verməyiblər, gileyliyəm..." - FOTO
21:12 24 May 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ağaxan Salmanlı kino həyatından danışıb.

Milli.Az-a danışan aktyor vaxtilə ona kinoda maneələr olduğunu da gizlətməyib:

"Teatrda vaxtilə Cəfər, Romeo, Artur, Dinar kimi cavan qəhrəmanlar yaratmışam. İndi onların atasını, ya da ki, babasını oynayıram. Müsahibələrimdə çox zaman kino həyatımdan danışmıram, çünki kinodan gileyliyəm. Mən həmişə düşünürəm ki, rejissor özü maraqlı olmalıdır ki, hər dəfə yeni-yeni aktyorlarla işləsin, xüsusilə də kinoda. Amma bəzi rejissorların çox qəribə psixologiyası var. Onlar bir aktyor seçimi elədilərsə, daha o seçimdən qopa bilmirlər. Mən belə kinolara baxanda elə bilirəm teatrdayam, çünki teatrda kollektiv daimi olur, amma kino sərbəstdir, azaddır. Onu azadlıqdan məhrum edən rejissoru anlamıram, heç anlamaq da istəmirəm. Mənə kinoda söz deməyə hələ ki, imkan verilməyib" deyə xalq artisti bildirib.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/547262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR