Suğra Bağırzadə: "Güllərim bir-biri ilə danışır" - FOTO

Suğra Bağırzadə: "Güllərim bir-biri ilə danışır" - FOTO
21:22 24 May 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, sevilən florist rəssam və aktrisa Suğra Bağırzadə təbiətə, güllərə olan sevgisindən danışıb. Milli.Az-a açıqlama verən əməkdar artist bu işə öncə hobbi kimi baxdığını vurğulayıb.

"Mən rəssamlığa əvvəllər hobbi kimi başlamışdım, çünki uşaqlığımdan gülləri çox sevirdim. Əsərlərimi ilk dəfə kinematoqraf dostlarıma göstərirdim, görürdüm ki, onların xoşuna gəlir. Sonralar isə artıq sərgilərimi keçirməyə başladım. Ümumdünya Floristlər Şurasının üzvləri əsərlərimi internetdə görüb, məni Riqada keçirilən sammitə dəvət etdilər. Burada mənim sərgimi keçirtdilər. Əsərlərimlə yaxından tanış olduqdan sonra onlar mənə floristika sahəsində yeni professional səmt yaratdığıma görə sertifikat verdilər. Bu işlərin dünyada analoqu yoxdur. Təbiəti sevmək, onu göz bəbəyi kimi qorumaq lazımdır. Mənim güllərə o qədər sevgim var ki, onlardan ilham alıb, əsərlər yaradıram. Güllər, bitkilər də canlıdır. Mən bunu dəfələrlə hiss etmişəm. Bir yerə gedib, uzun müddət qalanda güllərim solur, evə gələn kimi onlar yenidən canlanır. Güllər sevgini, məhəbbəti insanlar kimi hiss edir. Hətta onlar da bizim kimi bir-biri ilə söhbət edir, danışırlar. Bitkilərin elm nöqteyi-nəzərindən də hiss etmə bacarıqları sübut olunub", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/547269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR