Mançester terrorçusunun qardaşı saxlanıldı

İngiltərənin Mançester şəhərində yerləşən "Mançester Arena"da partlayış törədən Salman Abedinin kiçik qardaşı saxlanılıb.

Metbuat.az "The Guardian"a istinadən bildirir ki, 20 yaşlı Həşim Abedi Liviyada tutulub. Onun İŞİD-lə əlaqələrinin olduğu iddia edilir.

Xatırladaq ki, daha öncə Salman Abedinin Mançesterdə yaşayan digər qardaşı İsmayıl Abedi saxlanılmışdı.

"Mançester Arena"da baş verən terror aktı nəticəsində 22 nəfər dünyasını dəyişib, yaralıların sayı isə 100-dən çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR