"TEDxKhazarUniversity" baş tutdu

"TEDxKhazarUniversity" baş tutdu
21:59 24 May 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

 

2017-ci il mayın 13-də Xəzər Universitetində TEDxKhazarUniversity (‘Thinking Deeply’) konfransı keçirildi. Konfransda müxtəlif mövzularda məruzələr dinlənildi.

 

Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı öz xəyalından və onun gerçəkliyə çevriliş hekayəsindən, Xəzər Universitetinin müəllimi Fuat Rəsulov pulun necə xərclənməli olduğundan, yazıçı Samir İmanov bir barmağı ilə qazandığı uğurlardan, şair və ədəbi tənqidçi Qismət Rüstəmov ədəbiyyatın dünyaya təsirindən, Xəzər Universitetinin müəllimi Jestin Baby Mandumpal suyun insan həyatındakı yerindən, təlimçi Murad Məmmədov düşünərək də həzz almağın mümkünlüyündən, təlimçi Rəşad Bayramov emosional intellektin kariyeradakı rolundan, təlimçi Daşqın Həmidzadə insanların özlərinə düzgün marşrut müəyyənləşdirmələrinin vacibliyindən, Xəzər Universitetinin tələbəsi Erlan İsmayılov dünya görüşünün formalaşmasından danışdılar.

 

Tədbirdə Note Done Yet musiqi qrupu və Məhsəti Cabbarlı musiqi nömrələri səsləndirdilər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR