Ev tikmək istəyirsiniz? Onda bu xəbəri mütləq izləyin - VİDEO

Ev tikmək istəyirsiniz? Onda bu xəbəri mütləq izləyin - VİDEO
22:12 24 May 2017
280 Ölkə
Ölkə mətbuatı
A- A+

Evin gələcəkdə hansı formada olacağı 3d formatlı şəkillərlə göstərilir. Elektrik, santexnika xətlərinin hardan keçəcəyi müəyyənləşdirilir hətta, evin divar kağızı və əşyalarının rəngləri uyğunlaşdırılır.

Milli.Az bildirir ki, isti havalarda evini təmir etdirənlər çoxaldığından, ev dizaynerlərinə müraciət edənlər artıb. Ev dizaynı üçün qiymətlər isə hər kvadratmetrə görə 10 manatdan başlayır və 150 manata qədər arta bilir. Ucuz dizayn işi görənlər isə bu işə yeni başlayan və fərdi şəkildə bu işlə məşqul olan gənclər olur.

Dizayn hazırlanmamışdan əvvəl ev sahibi ilə dizayn şirkəti arasında müqavilə bağlanır və ödənişin 50 %-i əvvəlcədən edilir. Qalan hissəsi isə iş bitdikdən sonra alınır.
Bəzi şirkətlər tərəfindən isə dizaynla yanaşı təmirdə həyata keçirlir. Ev təmirinin qiyməti isə hər kvadratmetrə görə minumum 250 manatdan başlayır və zövqə görə arta bilir.

Dizayndan fərqli olaraq, təmir zamanı ödəniş 4-5 hissədən ibarət olmaqla ev sahibindən alınır. Bu müddət ərzində ev sahibi, təmir və işlədilən material keyfiyyətinə nəzarət edilə bilir. Adətən ölçüsü 80 kvadratmetr olan bir evin dizaynının hazırlanmasına 20-25 gün, təmirinə isə 3-4 aya qədər vaxt sərf olunur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ev tikmək istəyirsiniz? Onda bu xəbəri mütləq izləyin


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR