Tripolidə Mançesterdə terror aktı törədən kamikadzenin atası saxlanılıb

Tripolidə Mançesterdə terror aktı törədən kamikadzenin atası saxlanılıb
22:17 24 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Liviya polisi paytaxt Tripolidə İngiltərənin Mançester şəhərində terror aktı törədən 22 yaşlı Salman Abedinin atası Ramazan Abedini saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Əvvəllər özü də Liviyanın ekstremistlər siyahısına daxil edilən Ramazan oğlunun günahını inkar edib.
Həmçinin terrorçunun kiçik qardaşı, 20-cı yaşlı Haşim Abedi də saxlanılıb. O, İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tripolide-mancesterde-terror-akti-toreden-kamikadzenin-atasi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR