BMT Baş Assambleyası sentyabrın 30-nu Beynəlxalq Tərcümə günü elan edib. Bu gün bu barədə qətnamə qəbul edilib.
Qeyd edək ki, qətnamənin müəlliflərindən biri də Azərbaycandır. Qətnaməni hazırlayan digər ölkələrin sırasında Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvadorun adına rast gəlmək olar.