Mobil telefon, planşet və digər ən yeni texnologiyalar, xüsusilə internet müasir insan həyatını xeyli asanlaşdırıb. Lakin biz heç vaxt düşünmürük ki, illər əvvəl insanlar bu günki texniki avadanlıqlar və cihazlar olmadan hansı çətinliklərlə qarşılaşıb.
Milli.Az bu dəfə oxucuları məişət və təmizlik işlərini asanlaşdırmaq üçün istehsal olunan ilk alətlərlə tanış edir. İlk tozsoran, paltaryuyan maşınlar, hətta tosterlər müasir versiyalarından tamamilə fərqlənirdi.
İlk tozsoranı işlətmək üçün iki nəfər tələb olunurdu.
Yuyucu maşının ilkin versiyası belə idi.
İnsanlar elektrikli ütü yaranmazdan xeyli əvvəllər bu cihazdan istifadə edirdilər. Şəkildəki ütünün içini kömürlə doldururdular.
Tosteri bu alət əvəz edib.
1946-ci ildə ilk kütləvi istehsal olunan televizorlar belə olub. Ekranın ölçüsünü planşetlə müqayisə etmək olar.
İlk qarışdırıcı (mikser) 1930-ci illərdə yaradılıb.
1840-cı illərin məşhur fotoaparatları sirli qutunu xatırladır.
XIX əsin mətbəx plitəsi zindan ağırlığında idi.Uşaq arabası 1700-cü ildə icad olunub. Hersoq Devonşirskiy memardan uşaqları daşımaq mümkün olan araba istehsal etməsini xahiş edib.
Birinci otbiçən maşın 1918-ci ildə Missuri botanika bağı üçün düzəldilib. Otbiçən benzin ilə işləyirdi, amma su ilə soyudulurdu. (publika.az)
Milli.Az