Acı bibərin inanılmaz faydaları

Acı bibərin inanılmaz faydaları
23:17 24 May 2017
257 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən acı bibərin insan orqanizminə faydalarını təqdim edir:

1. Oynaqlarda iltihablaşmanın və revmatizmanın qarşısını alır.

2. Ən acı növlərdən olan Çili bibəri insan orqanizmi üçün çox faydalıdır. İştahı açan xüsusiyyəti ilə həzm sistemini stabilləşdirərək mədəni sakitləşdirir.

3. Ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Acı bibər yemək ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Qırmızı bibər insanı rahatladır, nəfəs yollarını açır, ağciyərləri təmizləyir, bronxit və qrip kimi xəstəliklərin yaranmasının qarşısını alır.

4. Yağ yandıran xüsusiyyəti ilə gündəlik yeyilən acı bibər insanı arıqladır və çəkini normallaşdırır. Kaloriləri yandıran acı bibər mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdıraraq qəbzliyi aradan qaldırır.

5. Acı bibər yemək kişilərdə cinsi istəyi artırır. Testosteron səviyyəsini qaldırır.

6. Şəkər xəstələri acı bibər yeməklə şəkəri normada saxlaya bilərlər. Xüsusən də Çili bibəri qanda şəkərin miqdarını normallaşdırır.

7. Acı bibər soyuqdəyməyə, diş və boğaz ağrılarına kömək edir. Antibiotik dərmanların qəbulundansa, üyüdülmüş istiotu suya qatıb içmək orqanizmə daha çox fayda verir.

8. Acı bibər insan orqanizmində mikrobları öldürür və immun sistemini qüvvətləndirir. Acı bibərdən müntəzəm istifadə edən insanların orqanizmi xəstəliklərə qarşı daha güclü müqavimət göstərə bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/545558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR