Somalidə partlayış baş verib:

Somalinin paytaxtı Moqadişuda bir restoranın yaxınlığında partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.

Metbuat.az bildirir ki, insident nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Moqadişu merinin sözçüsü Abdulfəttah Halaninin sözlərinə görə, partlayışı həyata keçirən terrorçu Beynəlxalq Moqadişu limanı yaxınlığında restoranı hədəf alıb.

Hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR