Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər

Moskva qızları ən çox türkləri özlərinə ər seçirlər
23:42 24 May 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada yaşayan rus xanımlarla ən çox ailə həyatı quran əcnəbilərlə bağlı məlumat açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Moskva şəhər Nikah Bürosunun sözçüsü Yevgeniya Smirnova məlumat verib.

O bildirib ki, son illər Moskvada rus xanımlarla ailə həyatı quran əcnəbi vətəndaşlar arasında türklər birinci sırada gedir.

Onun sözlərinə görə, son vaxtlar minlərlə Türkiyə vətəndaşı rus xanımlarla ailə həyatı qurub:

"Moskvada əcnəbilər arasında ən çox türk kişilər rus qızları ilə evlənir. Təkcə 2015-ci ildə Moskvada 269 türk-rus evliliyi baş tutub. 2016-cı ildə isə bu rəqəm 301-ə çatıb. Mən bu siyahıya keçmiş SSRİ-də yaşayan türkləri aid etmir. Bu, təkcə Türkiyə vətəndaşlarına aiddir. Türklərdən sonra isə rus xanımlarla daha çox Almaniya, İsrail, İtaliya, İngiltərə, ABŞ, Fransa və Serbiya vətəndaşları ailə həyatı qurub". (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR