Mbappe: "Yeni klub seçimində..."

Mbappe: "Yeni klub seçimində..."
23:47 24 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Monaco"nun gənc futbolçusu Kilian Mbappe ona gələn təklifləri idman aspektindən qiymətləndirəcəyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı hücumçu ona müntəzəm meydana çıxmaq imkanı yaradan kluba gedəcəyini qeyd edib.

"Mənim istədiyi tək şey oynamaqdır. 18 yaşım var. Bu yaşda olan futbolçuya oyun praktikası lazımdır. 35 yaşında karyerasının qürub çağını yaşayan futbolçular qüvvəsini qorumağa çalışar. İdmanda yolum hələ təzə başlayır. Səviyyəmi sübut etmək üçün lazımi keyfiyyətlərim var. İndi bütün təklifləri nəzərdən keçirib düzgün qərar vermək istəyirəm. Əsas məsələ problemin idman aspektləridir. Birinci növbədə bu barədə fikirləşirəm. Ötən mövsüm niyə yaxşı çıxış etdiyimi bilirsiniz? Çünki müntəzəm meydanda olurdum. Ehtiyatda oturan istənilən futbolçu uğurlu mövsüm keçirə bilməz. Yeni klub seçimində oyun praktikası həlledici amil olacaq. Bundan başqa, ailəmlə də birlikdə olmaq istəyirəm. Mənim yerimə heç kim qərar verməyəcək. Seçim etməzdən öncə valideynlərimlə məsləhətləşəcəm. Bu mövsümün kəşfi mən oldum. Amma bir mövsümlə kifayətlənmək düzgün deyil. Karyeramda irəliyə doğru addım atdım. Əvvəlki kimi oynamaq üçün istirahətə ehtiyacım var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR