"Mən qabaqladığım kluba keçə bilmərəm"

"Mən qabaqladığım kluba keçə bilmərəm"
23:57 24 May 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

"Monaco"nun yarımmüdafiəçisi Temue Bakayoko bir neçə klubun diqqətini cəlb edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc futbolçu PSG-yə keçmək barədə suala maraqlı cavabı ilə yadda qalıb.

"Monaco"dan PSG klubuna gedə bilmərəm. Biz Paris təmsilçisini qabaqlayıb çempion olmuşuq. Mən qabaqladığım kluba keçə bilmərəm. Parisli olduğuma görə PSG həmişə ürəyimdə qalacaq. Mən də, ailəm də PSG azarkeşi olmuşuq" - Bakayoko qeyd edib.

Ötən mövsüm 32 oyunda meydana çıxan fransalı havbek 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR