Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR
00:33 25 May 2017
229 Digər
Ölkə mətbuatı
A- A+

58 yaşlı belçikalı Stan Van Uytrext mühəndis peşəsini tərk edərək Avstriyanın Zalfelden şəhərciyində yerləşən Müqəddəs Qeorq kilsəsində tərki-dünya “vəzifəsi”nə düzəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belçikalını dünyanın bir neçə ölkəsindən 70 namizəd arasından seçiblər.

Qərbi Avstriyada 1400 metr yüksəklikdə yerləşən kilsə təxminən 350 il əvvəl açılıb və o vaxtdan onun bir otağında daim tərki-dünya yaşayır. Son olaraq rahib Raymund dağlarda 12 il keçirib və 2017-ci ilin fevralında səhhətindəki problemlərə görə postunu tərk edib. İş haqqında elanda deyilirdi ki, namizəd əbədi dünya üçün yaşamalı və xristianlığa sıx bağlı olmalıdır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliinanc/200066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR