"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub
00:42 25 May 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 2016-2017 mövsümünün qalibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, İngiltərənin "Mançester Yunayted" klubudur.
Joze Mourinyonun baş məşqçi olduğu komanda İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçirilmiş final oyununda Hollandiya "Ayaks"ına qalib gəlib. Qolları Pol Poqba və Henrik Mxitaryan vurub. Bu qələbə sayəsində "Mançester Yunayted" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. 
Bununla da "Mançester Yunayted" 9 ildən sonra ilk dəfə Avropa kubokuna sahib olub. Sonuncu dəfə "qırmızı şeytanlar" 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olublar. Mourinyo isə "Portu" (Portuqaliya) və "İnter" (İtaliya) komandalarına qazandırdığı qitəmiqyaslı mükafatlardan sonra İngiltərədə də ilk belə kuboka yiyələnib. O, "Portu"ya 2003-cü ildə UEFA Kuboku, 2004-cü ildə Çempionlar Liqasını, "İnter"ə isə 2010-cu ildə Çempionlar Liqasını qazandırıb.  
Avropa Liqası 
Final 22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2 
Qol: Pol Poqba, 18. Henrik Mxitaryan, 48 
Baş hakim: Damir Skomina (Sloveniya) 
Stokholm, "Friends Arena"

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-yunayted-tarixinde-ilk-defe-avropa-liqasinin-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR