"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasında çempion müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, İsveçin Stokholm şəhərində keçirilən final matçında "Mançester Yunayted" və "Ayaks" üz-üzə gəliblər.

Oyunun 18-ci dəqiqəsində fərqlənən Pol Poqba "qırmızı şeytanlar"ı hesabda önə çıxarıb. İlk hissədə başqa qol olmayıb. İkinc hissə başlar-başlamaz isə Henrik Mxitaryan hesab arasındakı fərqi artırıb. Qalan dəqiqələr ərzində hesab dəyişməyib. Beləliklə, qələbə qazanan "Mançester Yunayted" UEFA Avropa Liqasının qalibi olub.

Avropa Liqası

Final

24 may

“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2

Qollar: Poqba, 18, Mxitaryan, 48

Baş hakim: Damir Skomina

Stokholm. “Frends Park” stadionu

Bununla da "Mançester Yunayted" növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR