Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub
01:22 25 May 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ "Roma" klubunun (İtaliya) hücumçusu Edin Ceko və "Zenit"in (Rusiya) yarımmüdafiəçisi Juliano Avropa Liqası – 2016/17-nin ən yaxşı bombardirləri olub.
"Report" xəbər verir ki, hər iki futbolçu turnirin əsas mərhələsində 8 qol vurub, lakin Ceko 524 dəqiqə, Juliano isə 710 dəqiqə meydanda olub.
Üçüncü yeri aktivində 7 qol olan "Atletik"in forvardı Arits Aduris tutub. Hesabında 6 qol olan "Lion"un hücumçusu Aleksandr Lyakazett və "Ayaks"ın hücumçusu Kasper Dolberq növbəti sıralarda qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/edin-ceko-avropa-liqasi-2016-17-nin-en-yaxsi-bombardiri-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR